“ASAN Xidmət”in yeni ünvanı

asan xidmetMöhsün Sənani – 21 ünvanında da “ASAN Xidmət”ə qapı açıldı. Modern.az-ın məlumatına görə, akademik Həsən Əliyev küçəsində avtomobil sıxlığını və müraciət edən vətəndaşların çoxluğunu nəzərə alaraq, yeni ünvanda da vətəndaşlara xidmət edəcək.

Qeyd edək ki, yanvarın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb. İlkin mərhələdə paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinlərinə xidmət göstərib.

“ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 adda hüquqi xidmət həyata keçirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>