“Azerlife” əməkdaşına polis təzyiq edib

Nicat ƏmiraslanovQazax polisi əməlini “profilaktik tədbir” adlandırıb

Yanvarın 17-də Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında təhsil almış 20-yə qədər tələbə və valideynləri aksiya keçiriblər. Aksiya filialın keçmiş rektoru İsa Veysovun verdiyi saxta diplomlarla bağlı olub.

Filialın qarşısında keçirilən aksiyanı işıqlandıran “Azerlife” əməkdaşı Nicat Əmiraslanov isə polis müdaxiləsi ilə üzləşib. Özünü təqdim etməyən polis zabiti “niyə instituta icazəsiz daxil olmusan?” – deyərək, jurnalisti saxlayıb və onu dekanlardan birinin otağına “həbs” edib. Polis aksiya bitənə qədər jurnalistin oradan çıxmasına imkan verməyib. O, hərəkətini “profilaktik tədbir” adlandırıb.

Nicat Əmiraslanov əvvəl də facebookdakı fəallığına görə Qazax polisi tərəfindən saxlanmış və 10 sutka həbs olunmuşdu.

Bununla belə, jurnalist aksiyaçıların fikirlərini öyrənə bilib. Bəlli olub ki, illərlə təhsilhaqqı ödəyən tələbələrə sonda saxta diplom verilib. Təhsilhaqqı ödənişi isə bank vasitəsilə deyil, nəğd şəkildə aparılıb və buna görə də valideynlərin əlində sübut yoxdur. Sübut yalnız saxta diplomlar və qiymət kitabçalarıdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından xəbərsiz və əsasən də Gürcüstan institutlarından köçürmə yolu ilə qanunsuz qəbul aparan İsa Veysov sonda məzunlara saxta diplomlar verməyə məcbur olub (Halbuki 1997-ci ilin fevral ayından ali məktəblərdə köçürülmə qadağan olunub). Məzunlar diplomlarını hara təqdim ediblərsə, “saxtadır” deyərək qəbul etməyiblər.

Dəfələrələ aksiya keçirmələrinə, şikayət etmələrinə baxmayaraq, problemlə maraqlanan yoxdur.

 

Bəxtiyar Hidayət

One comment on ““Azerlife” əməkdaşına polis təzyiq edib

  1. nicat says:

    Halal olsun !!! Sizin kimi mərd, qorxmaz, cəsarətli jurnalistlərə eşq olsun!ğ

    Ancaq sizin sayənizdə məmur qudurğanlıqlarının önünə keçmək olar. yoxsa, bu hökumət-dən bir fayda olası deyil

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>